FIFA Əfqanıstandan 100 nəfəri təxliyə edib

16 Oktyabr 2021 03:41 (UTC+04:00)

Beynəlxalq Futbol Federasiyası (FIFA) Əfqanıstandan 100 nəfəri təxliyə edib.

SİA -nın məlumatına görə, bu barədə təşkilatın rəsmi saytında yerləşdirilən açıqlamada deyilir.

Məlumata əsasən, söhbət "futbol ailəsinin üzvləri" və qadın futbolçulardan gedir. Təşkilat təxliyə prosesindəki yardıma görə Qətər hökumətinə də təşəkkür edib.