Dağıstanda minik avtomobili avtobusla toqquşub

16 Oktyabr 2021 03:35 (UTC+04:00)

Dağıstanda ağır yol qəzası baş verib.

SİA xəbər verir ki, minik avtomobili ilə sərnişin avtobusunun toqquşması nəticəsində 4 nəfər dünyasını dəyişib.

Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qayana Qariyeva bildirib ki, hadisə Moskva vaxtı ilə saat 21:00-da Babayurt rayonunda qeydə alınıb.

Ölənlərin hamısının eyni avtomobildə olduğu vurğulanıb.