NATO nümayəndəsi Gürcüstana səfər edəcək

16 Oktyabr 2021 01:56 (UTC+04:00)

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə yeni xüsusi nümayəndəsi Xavyer Kolomina 19-20 oktyabrda Gürcüstanda səfərdə olacaq.

SIA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə NATO-Gürcüstan hərbi əməkdaşlığına dair müzakirələrin aparılacağı bildirilib.