“Taliban” Əfqanıstanda Ali Məhkəmə yaradıb

16 Oktyabr 2021 01:47 (UTC+04:00)

“Taliban” hökuməti Əfqanıstanda yeni Ali Məhkəmənin yaradılması haqqında qərar qəbul edib.

SIA xəbər verir ki, bu barədə “Taliban” sözçüsü Əlhənəfi Vardak “Twitter” səhifəsində bildirib.

Şeyx Əbdül Hakim Haqqani Ali Məhkəmənin müvəqqəti sədri təyin edilib. Məhəmməd Qasım Türkman birinci müavin, Əbdül Malik isə ikinci müavini vəzifəsinə seçilib.

Xatırladaq ki, 1996-2001-ci illərdə “Taliban” Əfqanıstanda hakimiyyətdə olduğu zaman bütün məhkəmə sistemi ruhanilərin nəzarətində idi.