Təlimin məqsədi Çin və Rusiya donanmalarının rabitə, mina mühafizəsi, zenit və sualtı əleyhinə imkanlarından istifadə etməklə dəniz hədəflərinə birgə atəş etmək qabiliyyətlərini artırmaqdır. SİA bu barədə türk mətbuatına istinad edir
Çinin xaricdə ilk dəfə sualtı əleyhinə təyyarələri və 10 min tonluq gəmilərinin iştirakı ilə keçirilən təlim bazar gününə qədər davam edəcək. ABŞ -ın qlobal və regional siyasəti başda olmaqla hərbi güc siyasətindən tənqid edən iki ölkənin Vaşinqton rəhbərliyinin ingiltərə və Avstraliya ilə yaratdığı ittifaq çərçivəsində Avstraliyaya Sakit Okeanda nüvə sualtı donanması qurmağına kömək edəcəyini açıqladığı bir dövrdə təlim keçirməsi diqqətləri cəlb edir.