"Ronaldo Messidən daha yaxşı hücumçudur"

16 Oktyabr 2021 00:36 (UTC+04:00)

"Barselona"nın futbolçusu Serxio Aaquero Kriştiano Ronaldo ("Mançester Yunayted") ilə Lionel Messini (PSJ) müqayisə edib.

SİA xarici mətbuata istinadən xəbər verir ki, Aquero Ronaldonu daha keyfiyyətli hücumçu hesab etdiyini bildirib:

"Ronaldo Messidən daha yaxşı hücumçu keyfiyyətlərinə malikdir. O, hər qol vuranda daha çox özünə güvənir. Ronaldo qol vurur, sonra yenə qol vurur və sonra yenə qol vurur".