Daha 23 ölkədən Azərbaycana uçuşlara icazə verilib

16 Oktyabr 2021 00:20 (UTC+04:00)

Daha 23 ölkədən Azərbaycana uçuşlara icazə veriləcək.

SİA xəbər verir ki, Baş nazir Əli Əsədov “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Qərara dəyişiklik edilməsi ilə bağlı Qərar imzalayıb.

Qərara əsasən, hava nəqliyyatı vasitəsilə Argentina, Avstraliya, Braziliya, Bruney Darüssalam, Cənubi Koreya, Çili, Ekvador, Kamboca Krallığı, Kosta Rika, Kuba, Küveyt, Qazaxıstan, Maldiv, Meksika, Mərakeş, Monqolustan, Monteneqro, Norveç, Oman, Panama, Salvador, Uruqvay Şərq Respublikası, Yeni Zelandiya vətəndaşlarına, həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə Azərbaycana giriş-çıxış üçün icazə verilir.