44 günlük Vətən müharibəsinin xronikası: 16 oktyabr

16 Oktyabr 2021 00:06 (UTC+04:00)

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

SIA Vətən müharibəsinin xronikasını təqdim edir.

- Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verib.

- Prezident İlham Əliyev Azərbaycan Ordusu Xocavənd rayonunun daha üç kəndini işğaldan azad edilməsi ilə bağlı paylaşım edib:

"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

- Ermənistanın artilleriya batareyası məhv edilib, alay komandirinin müavini yaralandı. Gecə düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.

- Baş Prokurorluq sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin dinc sakinlərimizə qarşı törətdiyi təxribatlar nəticəsində 47 dinc sakin ölüb, 222 nəfər xəsarət alıb.

- Müdafiə Nazirliyi Xocavəndin işğaldan azad olan kəndlərinin videogörüntüsünü yayıb.

- Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının ərazilərini atəşə tutmaqda davam edib.

- Ermənistan Ordubada raket zərbəsi endirib.

- Ermənilər Ağdam rayonunun Əhmədağalılar kənd qəbiristanlığını ağır artilleriya atəşinə tutub.

- Müdafiə Nazirliyi İşğaldan azad olunan Hadrut qəsəbəsindən yeni videogörüntülərini yayıb. Azad olunan sərhəd zastavalarımız üzərində dövlət bayrağımız ucaldılıb.