Rusiyada cəzaçəkmə müəssisəsində qiyam qalxıb

15 Oktyabr 2021 23:12 (UTC+04:00)

Şimali Osetiyanın paytaxtı Vladikavkazda cəzaçəkmə müəssisəsində təxminən 200 məhbus qiyam qaldırıb

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə bölgənin hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Məlumat rəsmi olaraq təsdiqlənməsə də Səhiyyə Nazirliyinin regional idarəsindən bildirilib ki, hadisə yerinə təcili yardım çağırılıb.

“Zərərçəkənlər barədə heç bir məlumat daxil olmayı”, deyə nazirlikdən bildirilib.