Hindistan xarici turistlərə yenidən qapılarını açdı

15 Oktyabr 2021 22:11 (UTC+04:00)

Epidemiya tətbirləri ilə əlaqəli qəbul edilən yeni qərarlara görə şəxsi uçaqlar ilə gedən və iki doza peyvənd qəbul etmiş olanlar bu gündən, planlı uçuşlarla ölkəyə gedən turistlər isə 15 Noyabrdan etibarən Hindistana daxil ola biləcəklər. SİA bu barədə xarici mətbuata istinad edir.

Daxili İşlər Nazirliyi tərəfindən açıqlanan qərar, ölkədə may ayından bəri gündəlik 400 minə qədər yüksələn Covid-19 hadisələrinin daha 20-ə qədər azaldığı nəzərə alınaraq qəbul edilib. Ölkəyə gedəcək turistlərə karantin tətbiq edilib edilməyəcəyi bilinməsə də onlar iki doza peyvənd olduqlarını göstərən və ya son 72 saat ərzində Covid-19 testlərinin mənfi olduğuna dair sənəd təqdim etməli olacaqlar.