Həbsxanada yanğın baş verib - 2 NƏFƏR ÖLÜB

15 Oktyabr 2021 18:24 (UTC+04:00)

Gürcüstanın Rustavi şəhərindəki 17-ci həbsxanada baş verən yanğın nəticəsində 2 məhkumun həyatını itirdiyi bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 2 məhkum həyatını itirib. İşçilərin bir hissəsi tüstüdən zəhərlənib.

Qeyd edək ki, uzun müddətdən sonra yanğının söndürüldüyü və hadisə yerində araşdırmalar başladığı bildirilib.