"Twitter"dəki qırmızı bayraq emojisi nə deməkdir?

15 Oktyabr 2021 17:49 (UTC+04:00)

Son günlər "Twitter"də görünən qırmızı bayraq emojiləri maraq doğurur. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Twitter", keçən həftə ilə müqayisədə ABŞ-da emoji istifadə edən tvitlərdə artım olduğunu söyləyib. Çərşənbə axşamı günü dünyada 1.5 milyon qırmızı bayraqlı emoji "tweet" yerləşdirilib.

Bəs qırmızı bayraq emojisi nə deməkdir?

Ənənəvi olaraq, qırmızı bayraqlar bir insanın diqqətini tələb edən təhlükələri və ya problemləri ifadə etmək üçün istifadə olunur. "Twitter" istifadəçiləri yazılarını qırmızı bayraqladıqda, çox vaxt gördükləri şeyi böyük bir problem və ya başqası ilə problem olaraq izah edirlər.

Rüqəyya Orucova