COVID pasportlarının tətbiqi TƏSDİQLƏNDİ

15 Oktyabr 2021 17:19 (UTC+04:00)

Finlandiya parlamenti, iclasın yayımından sonra ölkə qanunvericiliyində COVID pasportlarının istifadəsinə başlamağa icazə verən dəyişikliyi təsdiqləyib. SİA xəbər verir ki, yığıncağın canlı yayımı zamanı bu bəlli olub.

Qeyd olunur ki, islahat 33 səsə qarşı 105 səslə qəbul edilib.

Bu düzəlişin ölkə Prezidenti tərəfindən təsdiqlənməmişdən əvvəl, COVID pasportlarının gecə yarısında qüvvəyə minəcəyi gözlənilir.

Xatırladaq ki, Finlandiya hökuməti, sentyabrın sonunda ölkə parlamentinə COVID pasportlarının tətbiqi ilə bağlı təklif təqdim edib. Belə ki, məmurlar restoranların, gecə klublarının, əyləncə və hər hansı kütləvi tədbirlərin keçirildiyi obyektlərin işini asanlaşdırmalarına ümid edirlər. Hökumətin təklifinə görə, 16 yaşından etibarən COVID pasportu tələb oluna bilər.