Prezident İlham Əliyevlə daha aydın sabahlara doğru… - Bahar Muradova

15 Oktyabr 2021 16:48 (UTC+04:00)

"15 oktyabr 2003-ci il prezident seçkilərində xalqımız Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin timsalında təkcə 5 il müddətində ölkəni idarə edəcək şəxsi, dövlət başçısını deyil, həm də respublikamızın strateji hədəflərini, bu məqsədə çatmaq üçün ideoloji xətti, ictimai-siyasi qüvvələrin konsolidasiyasına nail olmağın və Heydər Əliyev yolunu seçməklə Azərbaycan dövlətçiliyi tarixinə yeni parlaq səhifələrin yazılmasına böyük təminat yaratdı". SİA-nın məlumatına görə, bu fikirləri YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

B.Muradova qeyd edib ki, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Xalqımız sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi. Eyni zamanda, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Bu gün böyük qürur hissi bəhs etdiyimiz Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin nəticəsidir. Prezident İlham Əliyevlə daha aydın sabahlara doğru… yap.org.az