23 illik bələdiyyə sehrbazı qovulub

15 Oktyabr 2021 16:43 (UTC+04:00)

23 illik bələdiyyə sehrbazı işindən qovulub. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, şəhərdə görünməyə davam edəcək. 1998-ci ildə Kristkurk şəhər şurası tərəfindən "Kristkurk şəhərinin tanıtım işləri" çərçivəsində sehrli hərəkətlər və digər sehrlərə bənzər xidmətlər göstərmək üçün işə götürülən və illik 16.000 funt sterlinq maaş alan Brackenburi Kannell işdən qovulub.

Pasportunda və sürücülük vəsiqəsində adı "Yeni Zelandiya və Kristkurk sehirbazı" olaraq qeyd olunan Kannell, şəhərdə görünməyə və cadu etməyə davam edəcəyini bildirib. Sehrbaz şəhərin tanıtım xidmətlərinə verdiyi əməyə görə İngiltərə Kraliçası II Yelizaveta adına xidmət medalını alıb.

Aytac Əliyeva