Yeni doğulan körpələr arasında COVİD-19-a yoluxma halı aşkarlanıb

15 Oktyabr 2021 15:30 (UTC+04:00)

Azərbaycanda yeni doğulmuş körpələr arasında koronavirusa yoluxma halları aşkarlanıb.

SİA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.

Mütəxəssis bildirib ki, COVID-19-a yoluxma hər yaş qrupunda var: “Onlar arasında virusu ağır keçirənlər də var. Amma, yeni doğulan körpələr və azyaşlılar böyüklərə nisbətən xəstəliyi yüngül keçirirlər”.