Ermənistanla sərhədlərin delimitasiyası barədə danışıqlara başlamağa hazırıq Prezident

15 Oktyabr 2021 13:45 (UTC+04:00)

Biz ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə Ermənistanla sərhədlərin delimitasiyası barədə danışıqlara başlamağa, hətta sülh sazişi üzrə danışıqlara başlamağa hazırıq.

SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bildirib.