Azərbaycan Ordusunun giziri intihar edib

15 Oktyabr 2021 11:21 (UTC+04:00)

Azərbaycan Ordusunun giziri intihar edib. SİA-nın məlumatına görə, Müdafiə Nazirliyi faktı təsdiq edib.

Bildirilib ki, oktyabrın 14-də axşam saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Məmmədov Namin Ruslan oğlunun məzuniyyətdə olarkən yaşadığı ünvanda intihar edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.