Nərimanov rayonunun bir hissəsində su olmayacaq

15 Oktyabr 2021 10:01 (UTC+04:00)

Magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar bu gün ərzində Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə SİA-ya “Azərsu” ASC-dən məlumat verilib.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.