Dünya bazarlarında qazın bahalaşması davam edir

15 Oktyabr 2021 09:41 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

SİA-nın məlumatına görə, noyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU (British thermal unit – Britaniya istilik vahidi) üçün 0,23% artaraq 5,659 ABŞ dolları təşkil edib.