“Sevgi zibildədir” 18,5 milyona satıldı

15 Oktyabr 2021 05:21 (UTC+04:00)

Londondakı Sotbis Hərrac Evində keçirilən Müasir İncəsənət Hərracında onlarla əsər satışa çıxarılıb.

Hərracda ən baha qiymətə satılan əsər ingilis rəssam Benskiyə məxsus olub.

Onun “Sevgi zibildədir” əsəri 18 milyon 582 funt-sterlinqə satılıb.