Bakıda üç avtomobil toqquşub

15 Oktyabr 2021 02:57 (UTC+04:00)

Bakının Nərimanov rayonunda üç avtomobil toqquşub.

SIA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Yolötürücü tuneldə "Toyota" markalı avtomobilin sürücüsü Eldar İmanov nəqliyyat vasitəsini yol kənarında saxlayıb. Həmin sürücüyə kömək etmək üçün gələn eynimarkalı digər avtomobil də yaxınlıqda olub. Bu zaman yüksək sürətlə hərəkətdə olan "BMW" markalı avtomobil hər iki "Toyota"ya çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, hər üç avtomobilə ciddi zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.