Əfqanlar ölkəni mülki təyyarələrlə tərk edəcəklər

15 Oktyabr 2021 02:23 (UTC+04:00)

ABŞ hərbi təyyarələr ilə Əfqanıstandan təxliyə əməliyyətini bərpa etmək niyyətində deyil. İndi insanlar ölkəni yalnız mülki təyyarələrlə tərk edəcəklər.

SİA-nın məlumatına görə, bu barədə brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays bildirib.

Dövlət Departamentinin nümayəndəsi vurğulayıb ki, bu, vətəndaşların təxliyəsinin tamamilə dayandırılması demək deyil.

N.Prays qeyd edib ki, Əfqanıstanı tərk etmək istəyənlər bunu çarter reysləri vasitəsi ilə edə bilərlər.