14 yaşlı qız özünü 9-cu mərtəbədən atıb

15 Oktyabr 2021 01:21 (UTC+04:00)

Bakıda yeniyetmə qız intihara cəhd edib.

Hadisə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində baş verib.

Belə ki, 14 yaşlı Aygün Eyvazova yaşadığı binanın 9-cu mərtəbəsindən özünü atıb. Təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılan A.Eyvazovanın vəziyyəti ağırdır deyə onu reanimasiya şöbəsinə yerləşdiriblər.

Hadisə ilə bağlı araşdırmaya başlanılıb.