Çin ilk Günəş müşahidə peykini kosmosa göndərdi

15 Oktyabr 2021 01:14 (UTC+04:00)

Çin ilk Günəş müşahidə peykini kosmosa göndərib.

Peyk üç il orada işləyəcək.

Peykə qədim Çin mifologiyasındakı Günəş ilahəsi “Şihı”nın adı verilib.

Çinin ilk Günəş teleskopunu daşıyan 550 kiloqramlıq peyk dünya ətrafında sabit vəziyyətdə qalacaq şəkildə hərəkət edəcək.