Şəhid hərbçimiz sabah Goranboyda dəfn ediləcək

14 Oktyabr 2021 22:24 (UTC+04:00)

Qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Goranboy rayonu, Borsunlu kəndindəndir.

SİA-nın məlumatına görə, şəhid olan əsgər - 2002-ci il təvəllüdlü Həmzəyev Əfqan Bəhram oğlunun sabah dəfn ediləcəyi gözlənilir.

Allah rəhmət eləsin!