Salyanda avtomobil velosipedçini vuraraq öldürüb

14 Oktyabr 2021 22:21 (UTC+04:00)

Salyan rayonunda avtomobil velosipedçini vuraraq öldürüb.

SİA-nın verdiyi məlumata görə, hadisə Salyan rayonunun Noxudlu kəndində qeydə alınıb.

Kənd sakini, Asiman Sadıqovun idarə etdiyi "Mercedes" markalı avtomobil velisopedlə hərəkətdə olan Noxudlu kənd sakini, 1977-ci il təvəllüdlü Raqif Orucovu vurub. Velosipedçi aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.