Ərdoğan Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi - FOTO

14 Oktyabr 2021 19:02 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş səfiri Rəşad Məmmədovu qəbul edib. SİA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, səfir öz etimadnaməsini R.T.Ərdoğana təqdim edib.