"Heydər Əliyev AXC-nin üç rəngli bayrağını qaldırmaqla göstərdi ki, bizim yolumuz müstəqillikdir" - MÜNASİBƏT BİLDİRİLDİ

14 Oktyabr 2021 17:50 (UTC+04:00)

"28 may "Müstəqillik Günü" 18 oktyabr isə "Müstəqilliyin Bərpası Günü" kimi qeyd olunacaq. Bu qərara Milli Məclisdə baxılacaq və səs veriləcək. Hər ikisi bayram günü kimi qeyd ediləcək". Bu sözləri SİA-ya açıqlamasında deputat Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul olunmuş və 28 may Respublika Günü dövlət bayramı kimi qeyd edilib: "Bu adın "Müstəqillik Günü" olaraq dəyişilməsi çox yaxşı olub. Bilirsiniz ki, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Ona görə də biz Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi 18 oktyabrı Müstəqilliyin Bərpası kimi qeyd edirik. 1990-cı ilin 17 noyabrında Naxçıvanda Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağını qaldırmaqla göstərdi ki, bizim yolumuz müstəqillikdir və belə də oldu. SSRİ-nin dağılması ilə bir çox respublikalar onun tərkibindən ayrılaraq müstəqil olublar. Biz isə özümüzü Xalq Cümhuriyyətinin varisi qəbul etdiyimiz 18 oktyabrı müstəqilliyin bərpası kimi qeyd edirik. Hər ikisi də bayram günüdür hər ikisi də xalqımız üçün önəmli tarixlərdir. Onu da qeyd etmək istərdim ki, 1990-1995-ci illərdə Azərbaycan Ali Sovetin deputatı kimi həmin qəbul olunmuş konustutusiyaya səs verənlərdən biri də mən olmuşam".

Abutel İlhamqızı