İsrail və BƏƏ bu məsələdə birlikdə çalışdı

14 Oktyabr 2021 16:37 (UTC+04:00)

İsrail yardım qrupu, BƏƏ rəsmiləri və bir yəhudi maliyyəçi bir xilasetmə işində birləşib. SİA xarici mətbuata istinadən xəbər verir ki, onlar 125 əfqanın Taliban hakimiyyətindən qaçmasına kömək edən xilasetmə missiyasını həyata keçirmək üçün birlikdə çalışıb.