Almaniyanın Vunstorf şəhərində müsəlman qəbiristanlığı açılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, müsəlmanların cənazələri, Vunstorf Aksa məscidinin təşəbbüsü ilə Türk İslam Diyanət Birliyinə (DİTİB) 800 kvadratmetrlik bir ərazidə qurulan qəbiristanlıqda İslam üsulları ilə dəfn ediləcək.