Erməni diasporlarının birlik çağırışı…

14 Oktyabr 2021 16:41 (UTC+04:00)

Bu gün erməni diasporu erməni xalqının 75-80, iqtisadi gücünün isə təxminən 98 faizini ehtiva edir. Deyim ki, bunu erməmilər özləri etiraf edirlər. Yəni onların dediklərinə inansaq, guya dünyanın müxtəlif ölkələrinə səpilmış erməni diasporları arasında siyasi, mədəni, dini, xeyriyyə və daha nə bilim nə cəhətdən aralarında heç bir rəqabət -filan yoxdur. Yenə də erməni dediklərinə əsas götürsək, bu dəfə də deməli, xaricdəki bu diaspor təşkilatlarının ümdə vəzifəsi Ermənistan və Qarabağda yaşayan ac ermənilərin “bəslənlməsinə” hesablanıb(?).

Amma o da qeyd edilməlidir ki, hazırda “az da olsa erməni andına naxələf çıxıb” diasporun maddi yardım daxılına ianə verməkdən yayınan ermənilər də meydana çıxmağa başlayıblar. Bəs, belə olan halda belələri ilə nə etməli?

Bu gün xaricdə yaşayan ermənilərin dediyindən belə baş düşülür ki, guya Ermənistan hakimiyyətinin bu məsələlərlə bağlı nə konkret bir fikri, nə də hər hansı bir planı yoxdur. Yəni bu gün Ermənistandakı hakimiyyət “ver yeyim, ört yatım, gözlə canım çıxmasın” prinsipi ilə “baş girləyir”. Ona görə də, bu məsul vəzifəni boynuna götürüb yoluna qoymaq, yenə də xaricdə sığınacaq tapan ayrı-ayrı ermənilərin öhdəsinə düşür.

Beləliklə, bu günlərdə ermənilərin vaxtilə Fransada yaratmış olduqları “Diasporarm.org” çoxdilli veb saytı yeni bir erməni müstəqil “DiasporArm” platformasının yaradıldığını bəyan edib.

…Sən demə, Ermənistandakı mövcud çətin vəziyyətdən çıxış yolu və gələcəyin perspektivləri ilə maraqlanan xaricdəki ermənilər özləri də artıq problemlərlə üzləşməyə başlayıblar. Məsələ bundadır ki, son illərdə xaricə səpələnib, “yağlı tikə tapdıqları yeri özlərinə vətən bilən” əksər erməni gənclərinin baxışlarında müxtəlif haçalanmalar müşahidə edilməkdədir. Belə ki, Suriyada yaşayan erməni gəncləri ilə deyək ki, Argentina və ya dünyanın başqa yerində yaşayan erməni gəncləri arasında erməni gələcəyinə baxış müxtəlifir.

Qeyd edək ki, bunu Frnsada yaşayan, eyni zamanda “DiasporArm” platformasının yaradıcı və təbliğatçılarından biri olan peşəsi zərgər Xovel Şenorokyan da etiraf edir. Məsələn, Şenorokyan etirafına görə, əgər bu gün təkcə Fransada yaşayan çoxminli erməni uşaqlarının yalnız 3 faizi erməni məktəblərində oxuyurlarsa, deməli bu elə də təəccüb doğurmamalıdır.

Bəs, belə olan halda ermənilər neyləməlidirlər?

Beləliklə, bir neçə gün bundan əvvəl təzə yaradılan “DiasporArm”da bütün dünya erməniləri, o şümlədən diasporun ictimai xadimləri üçün “həlledici xarakter daşıyan” maraqlı bir müzakirə başladılıb. Belə ki, burada söhbət hazırda qüruba getməsi ehtimal edilən, qütbləşmiş və parçalanmış erməni diasporunu aktivləşdirilməsindən gedir.

Məsələn, bunula bağlı fransız-erməni jurnalist, şərqşünas Tiqran Yeqavyan erməni nəşrlərindən birinə verdiyi müsahibəsində iddia edir ki, əgər biz dövlətçiliyimizi qorumaq istəyiriksə, bu halda Ermənistandakı diasporanın mövqelərini gücləndirməliyik. Yəni, əgər doğrudan da biz bu gün erməni dövlətimizi dövlət kimi xəritədə saxlamaq istəyiriksə, bu halda Ermənistanı "diasporlaşdırmalıyıq".

Onun sözlərinə görə, BMT proqnozları 2100 -cü ilə qədər Ermənistan əhalisinin 1,8 milyona düşəcəyini bildirir. Deyim ki, bu azalma Rusiya və Gürcüstanda da müşahidə ediləcək. Amma Türkiyə, Azərbaycan və İranda isə təbii artım müşahidə olunacaq.

Yenə də həmin məntiqi sual meydana çıxır: neyləməli?

Əslində, ermənilər qonşu dövlətlərlə sülh şəraitində yaşayacaqları təqdirdə burada heç bir problem görməməlidirlər. Amma neyləyəsən ki, onlar dildə “erməni dövlətinin gücü ilə erməni milli kimliyinin qurmaq” istədiklərini desələr də, amma əməllərində buna riayət etmirlər.

Ağasəf Babayev