Arı südünün faydaları nələrdir? - MARAQLI FAKTLAR

14 Oktyabr 2021 15:28 (UTC+04:00)

Arı südü mütəxəssis həkimlər tərəfindən ən çox tövsiyyə edilən təbii qidalardan biridir. Məlumdur ki, arı südü insan sağlamlığı üçün çox faydalıdır. Beləliklə, arı südünün dəri üçün faydaları nələrdir? Arı südünü üzə çəkmək yaxşıdırmı? SİA xarici mətbuata istinadən qeyd edib ki, təbii müalicə üsulları arasında istifadə edilən arı südü mütəxəssis həkimlərin tez-tez tövsiyyə etdiyi məhsuldur.

Bəs, arı südünün faydaları nələrdir?

Arı südü eyni zamanda dəriyə yaxşı təsir göstərir. Arı südü həm də xərçəng xəstəliyində ximyaterapiyada da istifadə olunur.

Kilo verməyə kömək edir

Sinir sisteminə yaxşı təsir göstərir

Qan təyziqini balanslaşdırır.

Bir insanın qan səviyyəsi üçün qan təzyiqi çox vacibdir. Bəzi insanlarda yüksək təzyiq ola bilər. Nəticədə yüksək təzyiq kimi şikayətlər qan təzyiqindən qaynaqlanır. Yüksək qan təzyiqi həyat üçün təhlükə yarada bilər. Bu səbəbdən bədəndəki qan təzyiqi təbii olaraq istifadə edilən arı südü ilə tənzimlənir və balanslaşdırılır. İnsanın qan təzyiqinin artması ilə meydana gələn şikayətlər arı südü istifadə edilərək önlənə bilər.

Bədənin işləməsini düzgün bir şəkildə həyata keçirməsində sinir sistemi aktiv rol oynayır. Daha rahat bir yaşam üçün sinir sistemi sağlam olmalıdır. Aparılan araşdırmalarda arı südü istifadə edən insanların sinir sisteminin digərlərindən daha sağlam olduğu bildirilib.

Araşdırmlara görə arı südü həm də üz dərisinə yaxşı təsir göstərir. Üzdəki qara nöqtələri və sızanaqları aradan qaldırır. Arı südü müntəzəm olaraq istifadə edilərsə, dəri məsamələri daha sağlam olar. Üzdəki hər cür pis ləkələr də arı südü ilə keçir

Arı südünün üzə faydaları nələrdir?

Arı südü bir çox aptekdə krem şəklində satılır. Xüsusilə dəri sağlamlığına fikir verən insanlar arı südü olan bu kremlərə üstünlük verə bilərlər. Bu kremləri gündə iki dəfə dərinizə çəkərək dərinizin sağlamlığını yaxşılaşdıra bilərsiniz. Arı südündən maska kimi də istifadə olunur.

Abutel İlhamqızı