Qvineyada 44 hərbçi xidmətdən qovulub

14 Oktyabr 2021 04:15 (UTC+04:00)

Qvineya hərbi rəhbərliyi ötən ay devrilmiş prezident Alfa Konde dövründə xidmət edən 40-dan çox general və admiralı ordudan uzaqlaşdırıb.

Məlumata görə, 42 general və 2 admiral iş stajına görə vəzifəsindən uzaqlaşdırılıb. Onların hamısı əvvəlki rəhbərlik dövründə əsas komandanlıqda çalışıblar.

Digər fərmanla işdən çıxarılan yüksək rütbəli hərbçilərdən 25-i milli təhlükəsizlik məsələləri üzrə məsləhətçi orqan olan Qvineya Ali Müdafiə Şurasına daxil edilib.