Cənubi Koreya Şimali Koreyaya minnətçi düşüb?

14 Oktyabr 2021 03:11 (UTC+04:00)

Xatırlamış olarsınız, bir müddət bundan əvvəl Koreya Xalq Demokratik Respublikasının (KXDR) xarici işlər naziri Ri Yong-ho cənubi koreyalı həmkarının iki ölkə arasında münasibətlərin qurulmasına dair təklifini rədd etmişdi.

Bu gün...Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasından (KXDR) rəsmi Seulun dialoqun yenilənməsinə çağırışına cavab verməyi xahiş edir.

Cənubi Koreyanın diplomatı Sunqhun Kim BMT Baş Assambleyasının Birinci komitəsinin iclasında bildirib.

“Biz Şimali Koreyadan dialoqun yenilənməsinə çağırışımıza cavab verməyi xahiş edirik”, – Sunqhun Kim deyib.

Ağasəf