Bu dəfə qəzaya...polis əməkdaşları düşüb

14 Oktyabr 2021 03:05 (UTC+04:00)

Türkiyədə ağır yol qəzası olub.

Məlumata görə, hadisə Kastamonu-İnebolu magistral yolunda qeydə alınıb. Belə ki, polis əməkdaşlarını daşıyan avtobus idarəetmədən çıxıb. Qəza zamanı 12 polis əməkdaşı xəsarət alıb.

Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıb.