...Hanı uzun nərdivan?..məndən uzun nərdivan?..

14 Oktyabr 2021 02:55 (UTC+04:00)

Türkiyə sakini Rumeysa Gelgi 215,16 sm boyla dünyanın ən uzun qadın kimi tanınıb.

Bu barədə Ginnesin “Rekordlar Kitabı”nın saytında məlumat yerləşdirilib.

Rumeysa 2014-cü ildə 18 yaşında olarkən ən uzun gənc qadın kimi rekorda imza atıb.

Gelginin yüksək boy artımının səbəbi kimi nadir xəstəliklə – skeletin və daxili orqanların inkişafında sürətli böyümə və anomaliyalara səbəb olan “Weaver” sindromu göstərilir. O, gəzmək üçün təkərli kürsüdən istifadə edir.