Nigerdə naməlum şəxslər məscidə hücum edib...

13 Oktyabr 2021 23:54 (UTC+04:00)

Nigerin cənub-qərbində yerləşən məscidlərdən birinə hücum olub.

Məlumata görə, naməlum şəxslər məscidə hücum edərək azı on nəfəri öldürüblər.

Hücum Tillaberi bölgəsində, “üç sərhəd zonası” adlanan ərazidə – Nigerin Mali və Burkina-Faso ilə dövlət sərhədlərinin keçdiyi ərazidə baş verib. Qeyd edək ki, bu bölgə İŞİD və “Əl-Qaidə” terror təşkilatları ilə əlaqəli çoxsaylı qruplar tərəfindən idarə olunur.