Dünyanın ilk tibb fakültəsi Kayseridə açılıb?

13 Oktyabr 2021 23:36 (UTC+04:00)

Səlcuqlu hökmdarlarından olan II. Kılıçarslanın qızı Gövhər Sultanın vəsiyyəti ilə böyük qardaşı I Qıyasəddin Keyxosrov tərəfindən 1206-cı ildə inşa etdirilən tibb elmlərinin öyrədildiyi mədrəsə və xəstəxana tibb təhsili və sağlamlıq xidməti göstərən dünyanın ilk mərkəzidir.

Gövhər Nəsibə Sultan saray baş rəisinə aşıq olur və böyük qardaşı l Qıyasəddin Keyxosrov evlənmələrinə icazə vermir. l Qıyasəddin Keyxosrov saray baş rəisini müharibəyə göndərir və ölməsinə səbəb olur. Bu hadisədən sonra xəstələnən Gövhər Nəsibə ölümündən əvvəl qardaşına onun xatirəsini əbədiləşdirmək üçün insanların pulsuz yararlana biləcəyi bir xəstəxana tikdirməsini vəsiyyət edir. Bacısının ölümündən çox kədərlənən l Qıyasəddin Keyxosrov 1204-1206 - ci illərdə xəstəxananı, 1210-1214 - cü illərdə isə tibb mədrəsəsini tikdirir. Xəstəxanada daxili xəstəliklər, cərrahiyyə, göz, ruhi-əsəb xəstəlikləri bölmələri ilə bərabər əczaxana da xidmət göstərir. Dövrünün məşhur türk həkimləri bu mədrəsədə yetişərək fəaliyyət göstərirlər.

Sözügedən xəstəxana və mədrəsə sonralar Ərciyəz Universiteti tərəfindən muzeyə çevrilib və 1982- ci ildə Gövhər Nəsibə Sultan muzeyi olaraq ziyarətçilərin üzünə açılıb.