“Malabar 2021” hərbi təlimlərə start verilib

13 Oktyabr 2021 22:17 (UTC+04:00)

Türkiyənin TRT kanalı Kyodo agentliyinə istinad etdiyi xəbərinə görə 4 ölkənin yaratdığı Quad ittifaqının “Malabar 2021” təlimi start götürüb. SİA bu barədə türk mətbuatına istinad edir.

Yapon Dəniz Özünümüdafiə Qüvvələrindən (MSDF) yayılan məlumata görə, təlimlərə ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə enerjili təyyarə gəmisi Carl Vinson, bir Avstraliya freqatı ilə bir Hindistan destroyeri və iki Yapon gəmisi qatılıb.

Yaponiya Nazirlər Kabinetinin Baş katibinin müavini Kihara Seiji mətbuat konfransında: “hərbi təlim azad və açıq Hind-Sakit okean vizyonunu həyata keçirmək üçün 4 ölkə arasındaki əlaqələrin güclənməsinə töhvə verəcək”.

Qeyd edək ki, Hind Okeanının şimal -şərqindəki Benqal körfəzində start verilən birgə təlim sabahadək davam edəcək.