Paltaryuyan maşına nəm salfetlər qoymağın faydaları bunlardır -DİQQƏTLİ OLUN

13 Oktyabr 2021 22:01 (UTC+04:00)

Paltaryuyan maşın paltarları nə qədər yaxşı təmizləsə də, bəzi paltarlarda tük və ya saç qala bilər. Bu isə olduqca cansıxıcıdır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bəzi üsulla bu dərdə son qoyacaqsınız.

Gəlin etiraf edək ki, heç kim paltaryuyan maşına nəm salfet qoymağı asanlıqla düşünə bilməz. Ev heyvanları olan və ya saçları tökülənlər bu hissi bilirlər.

Maşından çıxarılan paltarlarda yenə də tük və ya saç qalacaq və yuyulmasına baxmayaraq getməyəcək. Bu vəziyyəti yaşamamaq üçün paltar yuyarkən maşının içinə 3 ədəd nəm salfet atın və nəticəni gözləyin.

Diqqət etməli olduğunuz yeganə qayda, salfetin maşında cırılmaması üçün güclü bir quruluşa sahib olmasıdır. Bu gözəl nəticəni bəyənirsinizsə, hər yumada nəm salfetlərdən istifadə etməyi unutmayın.

Rüqəyya Orucova