Soyuducunu korlayan istifadəçi səhvləri bunlardır

13 Oktyabr 2021 22:00 (UTC+04:00)

Soyuducunun dayanması bir çox qidaların xarab olmasına səbəb olur. Soyuducu zamanla nasaz ola biləcəyi üçün bəzi istifadəçi səhvləri də soyuducunun xarab olmasına səbəb ola bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, xüsusilə yeni nəsil bəzi soyuducularda, qapının açıq olduğu bir müddətdən sonra siqnal verməyə başlayır.

Bunun səbəbi, içindəki havanın azalması və kifayət qədər soyuq olmamasıdır. Çox uzun müddət siqnal verməsinə səbəb olsanız özünü daima yetərincə soyutmağı üçün çox enerji sərf edəcək və xarab olmasına səbəb olacaq.

​Yeni bişmiş yeməyi soyuducuya qoymaq üçün onun otaq temperaturuna çatmasını gözləmək lazımdır. Əks təqdirdə, isti yemək soyuducudakı hava axınının temperaturunu dəyişəcək və sensorların işləməməsinə səbəb olacaq.

​Soyuducunun müntəzəm təmizlənməsində hansı yuyucu vasitədən istifadə edilməsi çox vacibdir. Kimyəvi tərkibli yuyucu vasitələrdən istifadə edirsinizsə, soyuducunun hava kanallarının tıxanmasına səbəb ola bilərsiniz.

​Satıcılar xüsusilə yeni nəsil soyuducuların hər il istirahət edilməli olduğunu söyləyirlər. Bunu etmək bir az çətin olsa da, soyuducunun ömrünü uzatmağın yollarından biridir. Soyuducunu söndürün və orta hesabla 24 saatdan 48 saata qədər elektrikdən ayırın.

Rüqəyya Orucova