Görüş barədə razılığa gəliblər KİSİDA İLƏ PUTİN

13 Oktyabr 2021 20:47 (UTC+04:00)

Rusiya və Yaponiya liderlərinin görüşü ilə bağlı prinsipcə bir razılaşma var. SİA xəbər verir ki, bu sözləri Yaponiyanın Rusiyadakı səfiri Toehusa Kodzuki jurnalistlərə verdiyi açıqlamasında söyləyib.

Səfir qeyd edib ki, ancaq buna baxmayaraq konkret tarix haqqında danışmaq tezdir.

"Rusiya prezidenti Vladimir Putin və Yaponiyanın baş naziri Fumio Kisida görüşməyin lazım olduğu barədə ümumi bir fikrə gəliblər. Prinsipcə bir razılaşma var. Ancaq konkret bir tarix haqqında danışmaq hələ tezdir. Düşünürəm ki, iki liderin yaxşı münasibətlərə başlayıblar", deyə səfir Toehusa Kodzuki bildirib.