Fransada gündə 68 uşaq cinsi təcavüzə uğrayır

13 Oktyabr 2021 21:59 (UTC+04:00)

Son bir neçə gündə Fransadakı kilsələrdə yüz minlərlə uşağın zorakılığa məruz qalmasının ifşası bütün dünyanın gündəmində olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, uşaq istismarı qalmaqalı davam edərkən yeni açıqlanan məlumatlar ölkədəki vəziyyətin ciddiliyini ortaya qoyub. Bu il Fransada polis və jandarma hər gün 49 uşağın cinsi istismara, 68 uşağın isə cinsi təcavüzə uğradığını bildirib.