Rusiya ilə ABŞ münasibətləri sabitləşəcək -PUTİNİN PROQNOZLARI

13 Oktyabr 2021 17:38 (UTC+04:00)

Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasındakı münasibətlərin sabitləşməsinə səbəb olacaq. SİA xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.

"Qarşılıqlı maraqlar, şübhəsiz ki, bu və ya digər şəkildə münasibətlərimizin yaxşılaşmasına və Amerika siyasi quruluşunun öz maraqlarına və kampaniyalarına ziyan vuraraq Rusiya-Amerika münasibətləri ilə bağlı spekulyasiyanı dayandırmasına səbəb olacaq", deyə Rusiya prezidenti Vladimir Putin öz proqnozunu əsaslandırıb.

Xatırladaq ki, uzun zamandır ABŞ və Rusiya arasında münasibətlər heç də hər iki ölkə üçün qənaətbəxş hesab edilmir. Bu münasibətlərin normallaşması istiqamətində atılan addımlar belə nəticəyə əhəmiyyətli təsir göstərə bilməyib. Görünür, Rusiya prezidenti Vladimir Putin qarşılıqlı maraqların həmin o arzuolunmaz münasibətləri sabitləşdirəcəyinə inanır.