COVID-19 sertifikatlarının tanınması müzakirə edilib

13 Oktyabr 2021 17:32 (UTC+04:00)

Avropa Komissiyası və Rusiya, COVID sertifikatlarının qarşılıqlı tanınması ilə bağlı qərar vermə prosedurunu aydınlaşdırmaq üçün oktyabrın 11-də texniki görüş keçirib. SİA xəbər verir ki, bu barədə Avropa Komissiyası mətbuat xidmətinin nümayəndəsi RİA Novosti -yə məlumat verib.

Daha əvvəl Rusiya Federasiyası Səhiyyə Nazirliyinin mətbuat xidməti də, Rusiya ilə Avropa İttifaqının koronavirusa qarşı peyvənd sertifikatlarının qarşılıqlı tanınması mövzusunda növbəti görüş keçirdiyini bildirmişdi.

"Oktyabrın 11-də Avropa Komissiyasının xidmətləri" ekvivalentlik haqqında qərarın "(sertifikatlar - red.) verilməsi prosedurunu aydınlaşdırmaq üçün Rusiya hakimiyyəti ilə texniki görüş keçirib", deyə agentliyin mənbəsi bildirib.