Amerikalı müğənni yad planetlilərlə bağlı açıqlama verib - FOTO

13 Oktyabr 2021 16:18 (UTC+04:00)

Amerikalı məşhur müğənni və aktrisa Demi Lovato bir müsahibəsində, yadplanetlilər haqqında danışarkən "yad" sifətinin istifadə edilməməsini və alçaldıcı olduğunu iddia edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Avstraliyada yayımlanan Pedestrian.tv-yə danışan Demi Lovato, var olduğu iddia edilən yadplanetlilərə "yadplanetlilər" deyilməməsi lazım olduğunu söyləyib. "Düşünürəm ki, yadplanetlilər hər halda alçaldıcı bir termin olduğu üçün onları yad etməyi dayandırmalıyıq" deyib.

29 yaşlı müğənni, aldığı kiçik bir "ipucu" olduğunu iddia edərək, yad planetlilərə "ET "deməyə üstünlük verdiyini söyləyib. Məşhur müğənni bu ipucunu haradan aldığını izah etməyib.

Yer kürəsi ilə bağlı ən böyük yanlış təsəvvürlərin nə olduğunu soruşduqda, Lovato: "Düşünürəm ki, zərərli olduqlarını söylədiklərini və ya gəlib planetimizi ələ keçirəcəklərini demələri" cavabını verib.

Bir əvvəlki müsahibəsində Lovato "UFO ilə gözəl və inanılmaz bir qarşılaşması olduğunu, bu səbəbdən onun reallığını mütləq dəyişdiyini" söyləyib.

Joshua ağacı Milli Parkında səhraya getdiklərində təxminən 15 metr uzaqlıqda mavi bir kürə gördüyünü, yerdən 4-5 metr yuxarıda üzdüyünü və özü ilə məsafəsini qoruduğunu deyən sənətçi "Bu qəti şəkildə dünyaya baxış tərzini dəyişir. Bir intiusiyanız var və sonra birdən birə bu intuisiya təsdiqlənir" deyib.

Aytac Əliyeva