Müdafiə Nazirliyi Gəncədəki partlayış səsləri barədə açıqlama yaydı

13 Oktyabr 2021 15:22 (UTC+04:00)

Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir.

Bu barədə SİA-ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

"Aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur" - deyə, məlumatda bildirilir.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Gəcədə partlayış səsləri eşidilməsi ilə bağlı xəbərlər yayılıb.