"2003-cü ildən bu yana iqtisadiyyat sahəsində uğurlu addımlar atılıb" - İQTİSADÇI-EKSPERT AÇIQLADI

13 Oktyabr 2021 11:28 (UTC+04:00)

"Cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra xüsusən də milli liderimizin dövründə formalaşmış iqtisadi baza yeni mərhələyə qədəm qoydu. İqtisadiyyatın və "Əsrin müqaviləsi" çərçivəsində Azərbaycana daxil olan vəsaitlərin qeyri-neft və eləcə də sosial proqramların maliyyələşdirilməsi, o cümlədən büdcənin fiskal ehtiyaclarının ödənilməsinə yönəldilməsi nəticə etibarilə iqtisadiyyat üçün yeni imkanlar yaradıb". Bu sözləri SİA-ya açıqlamasında deputat, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, nəticədə Azərbaycan iqtisadiyyatı məhz həmin dövrdə həm ümumdaxili məhsulun həcmi, eləcə də büdcə gəlirlərinin artımı baxımından yaddaqalan oldu: "Belə ki, məhz bu dövrdə Azərbaycanın ümumdaxili məhsulu üç dəfədən artıq çoxalıb, qeyri-neft sektorunda artım tempi 2,9-dur. Büdcə gəlirləri praktik olaraq həmin müddətdə 20 dəfəyə yaxın artıb".

Vüqar Bayramov sözlərinə belə davam edib: "Eyni zamanda, çox vacib məqamlardan biri Azərbaycanın regionda strateji mövqeyinin möhkəmlənməsi ilə bağlı idi. Belə ki, həm artıq Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 60 faizindən çoxunu formalaşdırıb, eyni zamanda aparıcı ölkələrin Cənubi Qafqazda ən böyük tərəfdaşı Azərbaycandır. O cümlədən, Avropa birliyinin Cənubi Qafqaz və ticarət dövriyyəsinin 70 faizindən çoxu Azərbaycanın payına düşür. Eləcə də Çin, Rusiyanın, Cənubi Qafqaz ölkələrinin ticarət dövriyyəsinin təxminən yarısını da Azərbaycan formalaşdırır".

"Sözsüz ki, 44 günlük müharibədə əldə etdiyimiz zəfər, həm də Azərbaycan iqtisadiyyatı və eyni zamanda Azərbaycan iqtisadiyyatının tamlaşması, uzun müddət işğal altında olan torpaqlarımızın iqtisadiyyata reatraqrasiyası baxımından da yeni mərhələ və imkanlar yaradıb. O baxımdan da beynəlxalq maliyyə qurumları tərəfindən də növbəti dövrlərdə Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlar pozitivdir və xüsusən də daha sürətli iqtisadi artımın olacağı proqnozlaşdırılır".

Ayşən Vəli