Bakıda meyvə-tərəvəz bazasında yanğın olub

13 Oktyabr 2021 03:59 (UTC+04:00)

Bakıda yanğın baş verib.

SİA-nın məlumatına görə, hadisə Nərimanov rayonu ərazisində, Heydər Əliyev prospektində yerləşən meyvə-tərəvəz bazasında qeydə alınıb.

Əraziyə çox sayda yanğınsöndürən maşınlar cəlb olunub.

Yanğının miqyasının geniş olduğu bildirilir.